2001-ci ildə həmin kənddə 1-ci sinfə gedib. 2002-ci ildə Bakı şəhəri, Binəqədi rayonu,284 saylı tam orta məktəbin 2-ci sinifinə daxil olub. 2011-ci ildə orta təhsilini başa vuraraq, hərbi xidmətə yollanıb.
2011-ci ildə hərbi xidmətə yollanan Ramin 2013-cü ildə hərbi xidməti başa vurub. 2014-cü ildə gizirlik kursuna daxil olub və bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin rabitə taborunun komandir müavini işləyib. Fəxri fərmanlarla təltif olunub.
2016-cı ilin Aprel Döyüşlərində iştirak edib.
2020-ci ilin oktyabrın 8-də Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda vuruşarkən düşmən tərəfindən atılan minamiyot qəlpəsindən yaralanaraq, 27 yaşında şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra
"Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.