VƏTƏN QƏHRƏMANLARINI UNUTMUR!
VƏTƏN MƏNƏ OĞUL DESƏ NƏ DƏRDİM, MAMIR OLUB QAYASINDA BİTƏRDİM!
Şərəf lövhəsi
line
BİZ ONLARA BORCLUYUQ
Vətəni qorumaq - İnsanın yetişə biləcəyi şərəfin zirvəsidir. Şəhidlər o zirvənin əbədi sakinləridirlər. Bizlər daim çalışa, uğurlar qazana, Vətənə fayda gətirə bilərik, amma heç vaxt heç birimiz Şəhidlərin olduğu zirvədən yuxarı qalxmayacağıq. Onlar daim bizə ucadan baxacaqlar.
Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanun ilə təsdiq edilib. Bu ad Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
Azərbaycan Respublikasının “Zəfər” ordeni 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanun ilə təsdiqlənib. Bu ordenlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
Azərbaycan Respublikasının “Qarabağ” ordeni 2020-ci il 26 noyabr tarixli Qanun ilə təsdiq edilib. Bu orden ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeni 1993-cü il 6 dekabr tarixli, 756 nömrəli Qanun ilə təsdiq edilib. Bu orden aşağıdakı hallarda verilir: - Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə; - Hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə; - Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə; - Respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə; - Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
Azərbaycan Respublikasının “Rəşadət” ordeni 2017-ci il 17 noyabr tarixli 884-VQD nömrəli Qanun ilə təsdiq edilib. “Rəşadət” ordeninin üç dərəcəsi var. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcəlidir. Ordeninin dərəcələri ardıcıllıqla verilir. “Rəşadət” ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı xidmətlərinə görə təltif edilirlər: - Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə; - Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə; - Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə; - Həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə; - Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə; - Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
Azərbaycan Respublikasının «Vətənə xidmətə görə» ordeni 2003-cü il 7 noyabr tarixli Qanun ilə təsdiq edilib. Üç dərəcəsi var. Ordeninin ən yüksək dərəcəsi birinci dərəcə sayılır. «Vətənə xidmətə görə» ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir. Azərbaycan Respublikasının üç dərəcədə «Vətənə xidmətə görə» ordeni aşağıdakılara görə verilir: - Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə; - Dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə; - Milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.
AXTAR
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların məlumat bazası
line
TANIYAQ, TANITDIRAQ; UNUTMAYAQ, UNUTDURMAYAQ!
Onlar bizə əmanətdirlər - Adları da, xatirələri də, valideynləri də, övladları da! Biz bu əmanətə daim sahib çıxmalıyıq. Onlar bizi yaşatdılar, biz də onları yaşadaq.
Budur onlar
AXTARIŞ NƏTİCƏ VERMƏDİ?
Lütfən, aradığınız qəhrəmanın haqqında məlumatı bizə göndərin, tezliklə onu da Tariximizin Şərəf Lövhəsinə daxil edərik.
Göndər