Şəhidliyi özlərinə ömür payı biçən bu cür Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət isə hər bir gəncə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, şəhidlərini tanımalı və tanıtmalıdır. Şəhidlərimizi yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır.
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Kərim Hüseynov 1989-cu il dekabrın 30-da Qusar rayonunun Piral кəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Kərim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Kərim Hüseynov oktyabrın 9-da şəhid olub. Qusar rayonunda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə tətif edilib.