2021/04/12752-1619385777.jpg

line
Soyad: Abdullayev
Ad: Elnur
Ata adı: Təvəkkül
Doğum tarixi: 10.07.1983
Şəhid olub: 27.10.2020
Rütbə: Mahhxhq
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Abdullayev Elnur Təvəkkül oğlu Vətən Müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlardandır. O, 1983-cü il iyul ayının 10-da Sumqayıt şəhərində dünyaya gəlib. 2011-ci ildə tank-mexanik sürücülük kursunu bitirdikdən sonra hərbi qulluqçu kimi ordu sıralarında xidməti vəzifəsini yerinə yetirməyə başlayıb.

Şəhidin bacısı Əfsanə Abdullayeva bildirib ki, əslən Qubadlı rayonundandırlar. Elnur Vətən Müharibəsi başladığı gündən Füzuli və Xocavənd rayonları istiqamətlərində döyüşüb. Döyüşlər zamanı düşmənin 9 tankını qənimət olaraq ələ keçirib. Döyüşlərin birində idarə etdiyi tankın vurulmasından son anda xilas olsa da, oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.




İki qız övladı yadigar qalıb.




Elnur Abdullayev xidməti müddətində "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal və fəxri fərmanlarla, şəhidlik zirvəsinə ucaldıqdan sonra isə Xocavənd, Cəbrayıl və Füzulinin azad olunmasına görə və “Vətən uğrunda” medalları ilə təltif olunub.