2021/04/12586-4858159281.jpg

line
Adı: Yunusov
Soyadı: Amrid
Ata adı: Zaur
Doğum tarixi: 12.10.1995
Şəhid olub: 01.11. 2020
Rütbəsi: Mahhxhq
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Amrid Zaur oğlu Yunusov 1995-ci il oktyabrın 12-də Qusar rayonunun Əniq kəndində anadan olub. O, uşaqlıqdan hərbçi olmağı arzulayırmış. Elə bu səbəbdən də 2013-cü ildə Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət çəkib evinə qayıtdıqdan sonra valideynlərinə öz taleyini hərb ilə bağlamaq istədiyini bildirib. Beləliklə, 2016-cı ildə MAXE kimi xidmətə başlayıb.

Amrid Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 1-də Xocavəndin Maçkalaşen kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Qusar rayonunun Əniq kəndində dəfn olunub.

Şəhid atası Zaur Yunusov:" Müharibəyə qatıldığı gündən bir ay sonra şəhid xəbəri gəldi. Nişanlı idi. Evləndirib toy etməyi planlaşdırırdıq".



Şəhidin anası Rəfilə Yunusova:"Evin ilk övladını itirmişəm. Hərbçi anası olmaq çox çətindir. Oğlumla fəxr edirəm. Şəhid ailələrinə səbir diləyirəm".

Həmkəndlisi, qazi Seymur Kərimov: "Oktyabrın 26-sı bir yerdə yemək yedik. Səhərisi gün döyüş əmri ilə döyüşlərə qatıldıq. Qruplara ayrıldıq. Mənə dedi ki, sənin balaca bir uşağın var, özünü qoru. Dedim sən nişanlısan, sən də özünü qoru. Ondan sonra vidalaşdıq və yollarımız ayrıldı.Torpağa görə can verməyə hər zaman hazırıq".



Amrid Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", Xocavəndin, Cəbrayılın və Füzulinin azad olunmasına görə medalı ilə təltif edilib.