2021/01/Scree-1611305114.jpg

line
Soyad: Abbasov
Ad: Bəşir
Ata adı: Nizami
Doğum tarixi: 22.07.1998
Şəhid olub: 05.10.2020
Rütbə: Mahhxhq əsgər
Təltifləri
«Füzulinin azad olunmasına görə» medalı
44 günlük Vətən Müharibəsində şəhid olan igidlərimizin sırasında Bəşir Abbasovun da adı var. Abbasov Bəşir Nizami oğlu 1998-ci ilin 22 iyulunda Quba rayonunda anadan olub. Uşaqlıq arzusu hərbçi olmaq idi. Əsgərlikdə XTQ-də xidmət edib. Sonra isə Qusar rayonundakı hərbi hissədə-XTQ-də hərbi xidmətini davam etdirib.

Bəşir Abbasov Vətən müharibəsinin iştirakçısı olub, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İgidimiz oktyabrın 5-də Füzulinin Alxanlı kəndi naminə gedən döyüşlərdə həlak olub.



Döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.