2021/04/12915-4858350486.jpg

line
Adı: Aydəmirov
Soyadı: Nizami
Ata adı: Elçin
Doğum tarixi: 11.03.1993
Şəhid olub: 05.10.2020
Rütbəsi: Mahhxhq əsgər
Təltifləri
«Füzulinin azad olunmasına görə» medalı
Baş kəşfıyyatçı Nizami Elçin oğlu Aydəmirov 11 mart 1993-cü ildə Quba rayonunun Bağbanlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Nizami Aydəmirov oktyabrın 5-də Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.


Şəhidimizin valideyinləri rəhmətə gedib. Bir qardaşı var.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nizami Aydəmirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.