2021/04/601bd-1619450813.jpg

line
Adı: Zaur
Soyadı: Dadaşov
Ata adı: Zümrüd
Doğum tarixi: 05.12.1997
Şəhid olub: 12.10.20
Rütbəsi: Mahhxhq əsgər
Təltifləri
«Füzulinin azad olunmasına görə» medalı
Dadaşov Zaur Zümrüd oğlu 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, 2004-cü il sentyabrın 15-də Xaçmaz rayonu Aslan Oba kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirib. 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub.

Daima hərbi sahəyə maraq göstərən Zaur 2020-ci il sentyabr ayının 9-da MAHHXHR kimi Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb,2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Döyüşə yollanmazdan bir gün öncə o, ailəsinə zəng edərək qardaşına bu sözləri deyib: “Haqqınızı halal edin!” və valideynlərinin onun döyüşdə iştirak etdiyini bilməsini istəməyib. Müharibdə olduğu müddətdə tez-tez evə zəng edərək döyüşdə olmadığını və sadəcə təlimlərdə iştirak etdiyini deyib. Şəhid olmazdan iki gün öncə döyüş meydanında bir şəkil çəkdirib və döyüş yoldaşlarına: “Mən şəhid olsam bu şəkli məzar daşıma vurarsınız” - sözlərini işlədib. Şəhid olduğu gün ailəsinə zəng edib, atası ilə çox qısa zaman danışıb və burada hər şeyin yaxşı olduğunu söyləyib. 12 oktyabr Füzuli rayonu kənd Horadiz uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına vuruşmuş, düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zaur Dadaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildib.