Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Sarvan Şahbazovdur.
Manqa komandiri Sarvan Əliməhəmməd oğlu Şahbazov 14 iyul 1993-cü ildə Qusar rayonu Gündüzqala kəndində anadan olub.
Sarvan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Sarvan Şahbazov noyabrın 1-də Xocavənd Maçkalaşen kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Döyüşdə fərqlənməyə görə, Xocavənd, Cəbrayıl və Füzulinin azad olunmasına görə , “Vətən uğrunda” medalı ilə təltif edilib.