2021/04/Scree-1619509260.jpg

line
Soyad: Abbasov
Ad: Ramil
Ata adı: Sabir
Doğum tarixi: 01.04.1989
Şəhid olub: 10.10.2020
Rütbə: Çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Ramil Sabir oğlu Abbasov 1989-cu il aprelin 1-də Qax rayonunun Turaclı kəndində anadan olub.

Çavuş Ramil Abbasov Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənlə mübarizə aparıb. Oktyabrın 10-da həmin istiqamətdə şəhid olub.

Ailəli idi. Üç övladı bizlərə əmanət qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən şəhid Ramil Abbasov, həmçinin ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib.