Həmidov Pərvin Azər oğlu 1994-cü ildə martın 8-i Yevlax rayonun Beydili kəndində anadan olub. 2000-ci ildə Yevlax rayonun Xaldan qəsəbəsində 1-ci sinifə gedib. 2006-ci ildə Mingəçevir şəhərinə köçüb və 2011-ci ildə 25 N-li Kəlbəcər məktəbindən məzun olub. 2012-ci ilin aprel ayında Yevlax rayonun Hərbi Komissarlığından hərbi xidmətə cağırılıb.
2013-cü ilin oktyabr ayında hərbi xidmətdən təxris olunub. İki il Gəncə Şəhəri Yol İdarəsində sürücü vəzifəsində işləyib. 2017-ci il martın 9-u ailə həyatı qurub. İki övladı var. Oğlu Həmidov Azər Pərvin oğlu 04.10.2018-ci ildə, qızı Həmidova Nilay Pərvin qızı 01.02.2020-ci ildə anadan olub.
2019-cu ilin dekabr ayında Tərtər rayonun N saylı hərbi hissədə sürücü vəzifəsində müddətdən artıq hərbi qulluqcu kimi işə başlayıb. Şəhidimizin döyüş yolu Talış Suqovuşan istiqamətindən keçib.2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayarkən döyüşlərdə iştirak edib. Talış-Suqovuşan istiqamətində 457-ci yüksəklikdə 01.10.2020-ci il tarixdə şəxsi heyəti təhlükəsiz yerə çıxararkən qəhrəmancasına qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalıb. 02.10.2020-ci ildə Şəhidimizin nəşi Mingəçevir şəhərinə gətirilib və Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli müvafiq sərəncamına əsasən Mingəçevirli Şəhid Həmidov Pərvin Azər oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub.
Hərbi avtomobil sürücüsü olan Pərvin Həmidov 44 günlük Vətən müharibəsində sözün əsl mənasında şərəflə döyüşüb. Cəbhənin Suqovuşan, Talış və Murov dağ istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlığı ilə diqqət çəkib və düşmən texnikasının ələ keçirilməsində, düşmən səddinin yarılmasında xüsusi şücayət göstərib.
Suqovuşan istiqamətində gedən ağır döyüşlər onun idarə etdiyi “Ural” markalı hərbi maşın düşmən artileriyasının açdığı aramsız atəş nəticəsində vurulub və Pərvin yanındakı döyüş yoldaşları ilə birlikdə Şəhidlik zirvəsinə ucalıb.
27 yaşı martın 8-də tamam olan Pərvin Azər oğlu Həmidov Vətən muharibəsinin 5 -ci günündə – oktyabrın 2-də şəhadətə qovuşub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Ali Baş komandan İlham Əliyevin sərəncamı ilə “ Vətən uğurunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.