Qurbanov Emil Rafael oğlu 10 dekabr 1999-cu ilde Ağdam rayon Çəmənli kəndində anadan oub. 15 sentyabr 2007- ci ildə Ziyəddin İsgəndərov adına məktəbin 1-ci sinfində təhsilinə başlayıb, 2017-ci ildə həmin məktəbi bitirib .
2018-ci ilde Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin birində Kəşfiyyat taborunun Snayper ixtisası üzrə xidmət edib. 2019-cu ildə həqiqi hərbi xidmətini bitirərək ehtiyyata buraxılıb. 2020-ci ilin avqust ayında könüllü olaraq Tərtər rayonunda yerləşən hərbi hissələrin birində XTQ bölməsində xidmətə başlayıb. Emil Qurbanovun atası Rafael Qurbanov hərbçi olduğuna və özü cəhhbə yanı kənddə böyüdüyünə görə hərbiyə daha çox marağı olub. Vətən müharibəsi zamanı ərazilərimizin işğaldan azad olunmasında fəal iştirak edib. Emil və onun döyüş yoldaşları olan kəşfiyyat bölüyü 50 dən çox postlarımızı işğaldan azad ediblər.
Onlar düşmənin gözləmədiyi istiqamətdən ermənilərə hücum edib. Bu hücum zamanı Murovdağ istiqamətində bir neçə post işğaldan azad edilib. Döyüş yoldaşlarının sözlərinə görə, Emil şəhid olana qədər 50 dən çox ermənini snayperlə məhv edib. Oktyabrın 10-u tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.