2021/04/139e8-1619527219.jpg

line
Adı: Məmmədli
Soyadı: Həsən
Ata adı: Qəhrəman
Doğum tarixi: 08.07.1995
Şəhid olub: 05.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Hərbi xidmətlərə görə» medalı
Sonuncu dəfə zəng edəndə “Ana gəlib Səni həkimə aparacam” demişdi. 25 yaşlı Həsən Məmmədli hamıya tezliklə qalib gələcəyimizi, erməniləri darmadağın edərək doğma kəndlərinə dönəcəyini söyləmişdi. Sentyabrın 27-də 2 – ci Qarabağ savaşı başlayanda heç kimə heç nə demədən çalışdığı Çobanabdallı orta məktəbindən birbaşa hərbi komisarlığa yollanmışdı qəhrəmanımız. Böyüklə böyük kiçiklə kiçik kimi davranırdı Həsən. Anası hələ də oğlunun yoxluğu ilə barışa bilmir:

Yaxınları, qohumları arasında, çalışdığı məktəbdə böyük hörmət qazanan Həsən orduda da çox böyük uğurlar əldə edib. Onunla çiyin- çiyinə vuruşan əsgər yoldaşları Həsənin döyüşərək düşmən postunu aldıqdan sonra şəhid olduğunu söyləyiblər:

Vətənpərvərlik eşqi, cəsurluq, ərazi bütövlüyünün bərpası. Canı hesabına tarix yazanlar. Hansı ki, hər birinin arzusu, xəyalı, məqəsədi Vətənin azadlığı, işğal altında olan torpaqların düşmən taptağından azad edilməsiydi.Həsənin çalışdığı Çobanabdallı orta məktəbinin kollektivi də şəhidi çox böyük hörmətlə anırlar. Hamı qəhrəmanlarl barıdı ən xoş xatirələrini danışır:

Torpaq dedikdə ilk olaraq ağıla müqəddəs bir məfhum gəlir. Çünki, torpaq anadır. Torpaq qanı ilə suvarılan igidləri ilə müqəddəsdir.

Əzizləri nə qədər ağır da olsa oğullarının vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəldiyindən qürur duyur, fəxr edirlər.

Həsən 5 noyabr 2020-ci ildə Laçın istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Həsən Məmmədli ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.