2021/04/Nadir-1619531351.jpg

line
Soyad: Abbasquliyev
Ad: Nadir
Ata adı: Elçin
Doğum tarixi: 06.12.1995
Şəhid olub: 01.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
Nadir Elçin oğlu Abbasquliyev 6 dekabr 1995-ci ildə Gəncə şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.