2021/04/12585-1619550562.jpg

line
Adı: Allahverdiyev
Soyadı: İsgəndər
Ata adı: Nəsir
Doğum tarixi: 02.04.1999
Şəhid olub: 08.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
İsgəndər Allahverdiyev Nəsir oğlu 1999-ci il 2 aprel tarixində Qax rayonunun Şotavar kəndində anadan olub. 2005-2016-cı illərdə Qax rayon tam orta məktəbində təhsil alıb.

2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. 2018-ci ilin oktyabr ayında hərbi xidmətini uğurla başa vurub.

Azərbaycan Ordusunun əsgəri olan İsgəndər Allahverdiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə olub. İsgəndər Allahverdiyev noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsgəndər Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsgəndər Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsgəndər Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.