2021/04/af-1619563092.jpg

line
Adı: Quliyev
Soyadı: Eltac
Ata adı: Azər
Doğum tarixi: 06.03.1998
Şəhid olub: 01.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Şəhidlər bizim fəxrimiz, qürur mənbəyimizdir. Onlar heç zaman unudulmayacaq. Vətən sağ olsun deyərək öz canları hesabına tarix yazanlardan biri də Eltac Quliyevdir.

Quliyev Eltac Azər oğlu 1998-ci il martın 6-da Gəncə şəhərində doğulmuşdur.

2004-cü ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2015-ci ildə orta təhsilini başa vurub. Rus və ingilis dillərində sərbəst danışıb.

2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib.

2016-cı ildə hərbi xidmətdə olarkən tarixə “4 günlük müharibə” kimi düşən Aprel döyüşlərində iştirak edib.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak edib. O, 30 sentyabr 2020-ci il tarixində döyüşlərə qatılıb, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan rayonlarımızın azadlığı uğrunda vuruşub.

1 noyabr 2020-ci il tarixində Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

2 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Şəhid Quliyev Eltac da Vətən Müharibəsi başlayandan könüllü olaraq döyüşə atılanlardan olub.

Azər Quliyev şəhidin atası: Döyüşlərin 33-cü günündə Laçının Birinci kəndində şəhid olub. Telefonla danışanda yerini söyləmirdi. Hər gün maraqlanırdı ki, onu yenidən xidmətə çağırıblar? Vətəninə, millətinə böyük sevgisi var idi. İçində fırtına var idi, bu isə sonunda biruzə verdi.

Nəinki valideynləri, onu tanıyan hər kəs Eltacın Vətənə çox böyük sevgisi olduğunu deyir. Füzulidən Laçınadək döyüş yolu keçən Eltac hərbi xidmətdə də nümunəvi əsgər olub.

Aytən Dadaşova şəhidin anası öz övladı ilə qürur və fəxr duyduğunu dedi: Gəncəyə edilən raket zərbələrindən sonra tez-tez əlaqə saxlayırdı. Dövlətimiz sağ olsun, Prezidentimiz sağ olsun topraqlarımız alındı. Mən rahatlıq tapdım ki, şəhidlərimizin qanı yerdə qalmadı. Torpağını, elini, obasını sevən biri olub.

Leyla Hətəmova şəhidin bibisi qızı: Hərbiyə böyük həvəsi var idi, dəftərlərin arxasında tank şəkli çəkirdi. Vətənini, millətini sevən olub. Füzulinin, Zəngilanın, Qubadlının azad olunmasında iştirak etmişdi.

Quliyev Eltac Azər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.


memorial.az