Həsənov Səxavət Alim oğlu 13 noyabr 1994-cü ildə Gəncə şəhərində doğulub.2012-ci ildə Gəncə şəhər 39 nömrəli tam orta məktəbi bitirib.2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib.Uşaqlıqdan idmana böyük marağı olan Səxavətin, xidmətdə olduğu müddətdə daş qaldırma üzrə 1-ci yerə layiq görülərək, fəxri fərmanla təltif olunub. Səxavət Həsənov xidməti bitirdikdən sonra, müxtəlif yerlərdə, Gəncə Mallda mühafizəçi işləməyə başlayıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə Regional Asan Xidmət Mərkəzində könüllü kimi fəaliyyətə başlaıb.
27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq, 29 sentyabr 2020-ci il Səxavət Həsənov yenidən hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı o, Füzuli, Qubadlı, Cəbrayıl və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
2 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
4 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Həsənov Səxavət Alim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.