44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Nuriyev Əfqan Rövşən oğludur.
Əfqan 11 aprel 1997-ci ildə Samux rayonu Sarıqamış kəndində anadan olub.
Müharibə zamanı motoatıcı manqasının komandiri kimi hərbi xidmətini yerinə yetirib. Laçın istiqamətində döyüş yolu keçib.
3 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Hərbi xidmətlərə görə", "Vətən uğrunda” medalları ilə təltif edilib.
memorial.az