2022/09/babek-8316750440.jpg

line
Adı: Babək
Soyadı: Həsənov
Ata adı: Saleh
Doğum tarixi: 14.09.1990
Şəhid olub: 04.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Babək Saleh oğlu Həsənov 14 sentyabr 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1996-cı ildə Qazax rayonu, Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin I sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbin XI sinfini bitirib. 2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, 2009-cu ildə tərxis olunub.



2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edib. Prezidentin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına əsasən 2020-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunub.



Babək Həsənov Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının alınması uğrunda gedən döyüşlərdə şücaət göstərib. 2020-ci il, noyabrın 4-də Laçın rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bir gün sonra Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilib.

Ailəli idi. Əfsanə adlı 1 qız övladı yadigar qalıb.



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən Babək Həsənov ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.