44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Məmmədli İsa Sarı oğludur.
İsa 1 yanvar 2002-ci ildə İmişli rayonu Otuz iki kəndində anadan olub.
Müharibə zamanı motoatıcı manqasının komandiri kimi hərbi xidmətini yerinə yetirib. Laçın istiqamətində döyüş yolu keçib.
Motoatıcı manqanın tuşlayıcısı olub.
3 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İsa Məmmədli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Laçın azad olunmasına görə” medalları ilə təltif edilib.