2021/04/Scree-1619592920.jpg

line
Adı: Abdullayev
Soyadı: Balazadə
Ata adı: Rafət
Doğum tarixi: 22.06.1991
Şəhid olub: 18.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək uzun illərdən bəri işğalda olan tarixi dədə-baba torpaqlarımızı azad edib. 30 illik vətən həsrətinə son qoymağı qarşılarına məqsəd qoyan oğullar bu amal uğrunda qəhrəmancasına canlarını fəda ediblər. Şəhid hərbi qulluqçu Balazadə Abdullayev də bu qəhrəmanlardandır.



1991-ci il Salyanda anadan olan B.Abdullayev məktəbi bitirən zaman universitetə daxil olmasa da, Türkiyədə ali təhsil almaq şansı əldə edib. Amma ona Türkiyədə də təhsil almaq qismət olmayıb.

Ailəsi bildirib ki, şəhidimiz uşaqlıqdan vətənpərvər olub. Döyüşlərə getmək üçün könüllü yazılıb. O, müharibədə olan zaman ailəsi ilə danışarkən ondan narahat olmamalarını istəyib. B.Abdullayev oktyabrın 18-də Ağdərədə hərbçi yoldaşlarına su aparan zaman düşmənin hədəfinə tuş gəlib. Onun üç yaşında bir oğlu var. Qəhrəmanımız “Vətən uğrunda” medalı ilə təltif edilib.