2021/04/Xalid-1619593174.jpg

line
Adı: Xalid
Soyadı: Hassan
Ata adı: Mahmud
Doğum tarixi: 26.01.1995
Şəhid olub: 04.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Xalid Mahmud oğlu Hassan 1995-ci il yanvarın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindəndir. 1995-ci ilin iyul ayında Xalid Hassan 6 aylıq olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə gəlib, burada yaşamağa başlayıb. Bir müddət sonra Hassan ailəsi yenidən Azərbaycana qayıdıb və Xalid Hassan birinci sinfə Bərdə rayonu ərazisində Ağdam şəhəri 2 nömrəli tam orta məktəbində başlayıb. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan 10-cu sinfə qədər Almatı şəhərində təhsil alıb. Tam orta təhsilini Azərbaycanda bitirib. Xalid ailəli idi, Məryəm adında bir qızı yadigar qalıb.

Xalid Hassan 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib.



Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb. Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə ərazisində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Hassan ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Hassan ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.