2021/04/Scree-1619597437.jpg

line
Soyad: Şahbazov
Ad: Ruslan
Ata adı: Mahir
Doğum tarixi: 14.07.1991
Şəhid olub: 29.09.2020
Rütbə: Gizir
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Hərbi xidmətlərə görə» medalı«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Ruslan Mahir oğlu Şahbazov 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. Ruslan Şahbazov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun kiçik giziri olan Ruslan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ruslan Şahbazov sentyabrın 29-da Talış döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Şahbazov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

• — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
• — "Hərbi xidmətlərə görə" medalı
• — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•— "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)