2021/04/Scree-1619599681.jpg

line
Adı: İsaxlı
Soyadı: Anar
Ata adı: Rəsul
Doğum tarixi: 30.05.1997
Şəhid olub: 20.10.2020
Rütbəsi: MAHHXHQ
Təltifləri
«Vətən uğrunda» medalı
Anar Rəsul oğlu İsaxlı 1997-ci il mayın 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində vuruşub və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar İsaxlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.