2021/09/elmed-1632343852.jpg

line
Adı: Elməddin
Soyadı: Babayev
Ata adı: Cəfərqulu
Doğum tarixi: 26.10.1981
Şəhid olub: 29.09.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Şücaətə görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Elməddin Cəfərqulu oğlu Babayev 26 oktyabr 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 1988-1999-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2000-ci ilin yanvar ayından 2001-ci ilin iyun ayına kimi Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Elməddin 2007-ci ildən Goranboy rayonunun Qızılhacılı kəndində yerləşən N saylı hərbi hissədə gizir kimi hərbi xidmətə başlayıb.

Elməddin Babayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edib, Tərtərin Suqovuşan kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. 29 sentyabr 2020-ci ildə Biləsuvar rayonu Çaylı kənd məzarlığında dəfn edilib.

3 övladı bizə əmanət qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elməddin Babayev ölümündən sonra "Vətən uğrunda" , "Şücaətə görə " , "Vətən müharibəsi iştirakçısı" , "Cəsur döyüşçü" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.