2021/04/Scree-1619607700.jpg

line
Adı: Bəkirov
Soyadı: Bəxtiyar
Ata adı: Yavər
Doğum tarixi: 18.05.1981
Şəhid olub: 28.09.2020
Rütbəsi: MAHHXHQ çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Şücaətə görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Bəxtiyar Yavər oğlu Bəkirov 1981-ci il mayın 18-də Yevlax rayonunun Xaldan kəndində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Bəxtiyar Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Bəxtiyar Bəkirov sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

- "Vətən uğrunda" medalı (ölümündən sonra)
- "Şücaətə görə" medalı (ölümündən sonra)
- "Vətən müharibəsi iştirakçısı" medalı (ölümündən sonra)