2021/09/za-1631860100.jpg

line
Soyad: Ağayev
Ad: Zamin
Ata adı: Zülfüqar
Doğum tarixi: 11.05.2002
Şəhid olub: 21.10.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Zamin Ağayevdir.

Ağayev Zamin Zülfüqar oğlu 2002-ci il, mayın 11-də Qobustan rayonu, Sündü kəndində anadan olub.

O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" , “Vətən uğrunda” medalları ilə təltif edilib.