Vətən müharibəmizdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə ailəsi ilə oktyabrın 24-də əlaqə saxlayan Rəşad Kazımov 1 gün sonra Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Kazımov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Kazımov ölümündən sonra "
Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidimiz ailəli idi.