2021/04/13107-1619635675.jpg

line
Adı: Əliyev
Soyadı: Həmzə
Ata adı: Tərlan
Doğum tarixi: 01.10.1998
Şəhid olub: 21.10.2020
Rütbəsi: Hərbi vəzifəli əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində vətənpərvər oğullarımız canlarından keçdilər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Həmzə Əliyevdir.

Həmzə Tərlan oğlu Əliyev 1 oktyabr 1998-ci ildə Quba rayonunun Aşağı Atuc kəndində dünyaya göz açıb. Əslən rayonun Qalayxudat kəndindən olan Həmzə 9 yaşında atasını itirib. 2005-2015-ci illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbində təhsil alıb. Bir müddət imkansız ailəsini dolandırmaq üçün qardaşı ilə birgə fəhlə, ofisiant, maşın təmirçisi kimi gündəlik işlərdə çalışıb. 6 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanıb. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə artilleriya bölməsində sürücü kimi xidmət edib.



Həmzə 2020-ci ilin 21 sentyabrında hərbi təlim toplantılarına çağırılıb. Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 21 oktyabrda Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Şəhidimiz bir gün sonra Quba Şəhidlər Xiyabanında torpağa tapşırılıb.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmzə Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Həmçinin Cəbrayıl, Xocavənd və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmzə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilib.