2021/09/Ulvi--1632212168.jpg

line
Adı: Mirzəyev
Soyadı: Ülvi
Ata adı: Üzeyir
Doğum tarixi: 10.05.2000
Şəhid olub: 05.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Ülvi Mirzəyevdir.

Ülvi Üzeyir oğlu Mirzəyev 2000-ci il may ayının 10-da Siyəzən rayonunun Yenikənd kəndində anadan olub. 2018-ci ildə Yenikənd kənd tam orta məktəbini bitirib. Həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb. 2020-ci ilin aprelində hərbi xidməti uğurla başa vurub. Ülvi Giləzi quşçuluq fabrikində işə yenicə başlamışdı, hələ ilk əmək haqqısını da almamışdı.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman Vətənin çağırışına biganə qalmayaraq müharibənin ilk günündən döyüşlərdə iştirak edir. Ata-ananın tək oğul övladı olan Ülvi oktyabr ayının 5-də Füzulinin Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Ülvi Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunması medalı, "Xocavəndin azad olunması medalı, “Vətən uğrunda” medalları