2021/09/jkhk-1632215788.jpg

line
Adı: Təhməzov
Soyadı: Rövşən
Ata adı: Zahid
Doğum tarixi: 15.05.1997
Şəhid olub: 05.10. 2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Rövşən Təhməzovdur.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rövşən 1997-ci ilin dekabr ayının 19-da Sumqayıt şəhərində anadan olub. Uşaqlığı Birinci Qarabağ Müharibəsinin qanlı-qadalı illərinə düşən əsgərimiz həmişə ürəyinin dərinliyində Qarabağ yanğısını gəzdirib. O, Şuşanın, Ağdamın, Xocalının işğalı ilə heç zaman barışmayıb. Həmişə Qarabağın, bu yerlərin həsrəti ilə yaşayıb. Elə bu həsrət, bu sevgi onu Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatımağa vadar edib. Qəhrəman döyüşçü Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşdə fəal iştirak edib. Şücaəti və igidliyi ilə həmişə qəlblərdə yaşayacaq Rövşən oktyabrın 5-də Füzulinin Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Bir ailə təsəvvür edin: ata da, oğul da, qardaş da, hətta əmi də döyüşçüdür. Bir sözlə, təsəvvürünüzdə qəhrəmanlar ailəsini canlandıra bilərsiniz.

Memorial.az xəbər verir ki, söhbət Vətən müharibəsi şəhidi Rövşən Təhməzovun ailəsindən və onların qəhrəmanlığından gedir.

R.Təhməzov Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov şəhid olandan sonra könüllü olaraq ordu sıralarına yazılıb. O, daha sonra 2020-ci ilin sentyabrın 27-dən başladılan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.



Şəhidin atası Zahid Təhməzov deyir ki, özü birinci Qarabağ müharibəsi döyüşlərində iştirak edib və Laçın, Ağdərə istiqamətində yaralanıb. Qardaşı Rövşən Təhməzov da həmin döyüşlərin iştirakçısı olub. O isə keçmiş Ağdərədə gedən şiddətli döyüşlərin birində şəhid olub.

Veteran döyüşçü övladlarını kiçik yaşlarından vətənpərvər ruhda böyütdüyünü qeyd edib: "Həmişə uşaqlarıma deyirdim ki, torpaqlarımız işğal olunub, yurd-yuvalarımız əlimizdən alınıb. Onları bir gün mütləq düşməndən azad etmək lazımdır. Bir gün oğlum Rövşən mənə zəng edib dedi ki, ata, yarımçıq qalan işlərinizi tamamlayırıq və yurdumuzu azad edirik. Bu sözlər məni çox qürurlandırdı və fəxr elədim".



Qeyd edək ki, Rövşənin qardaşı Elşən Təhməzov da Vətən uğrunda gedən döyüşlərin iştirakçısıdır. Beləliklə, Zahid kişinin iki oğlu böyüyürək haqq savaşımızda iştirak ediblər. Vətən müharibəsində şücaət göstərərək tarixi Zəfərin əldə edilməsində pay sahibi olublar.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Rövşən Zahid oğlu Təhməzov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.



Əvvəllər kirayə yaşayan ailə hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonundakı yeni yaşayış kompleksində üçotaqlı tam təmirli mənzil verilib.



Mənbə:Report.az