2021/04/28-1619708629.jpg

line
Soyad: Zərbəliyev
Ad: Aşurəli
Ata adı: Səfərəli
Doğum tarixi: 01.11.1997
Şəhid olub: 05.10. 2020
Rütbə: Hərbi vəzifəli əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Aşurəli Zərbəliyevdir.

Aşurəli Səfərəli oğlu Zərbəliyev 1999-cu il sentyabrın 9-da Qusar rayonunun Quxuroba kəndində anadan olub. 2014-cü ildə kənd məktəbinin 9-cu sinfini bitirmişdir. Aşurəli xasiyyətcə sakit, mülayim, qayğıkeş, ancaq müsbət xüsusiyyətlərə malik bir şagird olmuşdur. 2017-ci ilin oktyabrnda hərbi xidmətə çağırılmışdı. Goranboy rayonunda keçən hərbi xidmətini 2019-cu ildə başa vurub doğma kəndinə qayıtmışdı.

Azərbaycan Ordusunun əsgəri olan Aşurəli Zərbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Aşurəli Zərbəliyev oktyabrın 10-da şəhid olub. Qusar rayonunda dəfn olunub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.