2021/09/thumb-1632827518.jpg

line
Adı: Bəhruz
Soyadı: Tağızadə
Ata adı: Azər
Doğum tarixi: 14.09.1999
Şəhid olub: 08.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
Bəhruz Azər oğlu Tağızadə 14 sentyabr 1999-cu ildə Qax rayonunda anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Bəhruz Tağızadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində könüllü iştirak edib.

Cəbrayılın, Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.



Bəhruz Tağızadə 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 16 noyabr 2020-ci ildə torpağa tapşırılıb.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.