2021/04/sds-1619729835.jpg

line
Adı: Həsənov
Soyadı: Vüsal
Ata adı: Ariz
Doğum tarixi: 17.03.1986
Şəhid olub: 07.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Vüsal Həsənovdur.

Həsənov Vüsal Ariz oğlu 1997-ci il iyulun 3-də Bakı şəhərində anadan olub.4-cü sinifdə təhsil alarkən atasını itirən Vüsal anasının himayəsində böyümüşdü Səbail rayonu Badamdar qəsəbəsində 239 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2015-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olub. 2016-cı ilə qədər burada təhsil alıb
Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal Həsənov 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurub.

2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Vüsal Həsənov 21 sentyabr tarixində təlim toplantılarına çağırılıb. 28 sentyabra qədər Perekeşküldə yerləşən "N" saylı hərbi hissədə hərbi təlim toplantısını başa vurduqdan sonra müharibəyə göndərilib.

Ürəyi Vətən sevgisi ilə döyünən, hərbi xidmətindən sonra yenidən hərbiyə qayıtmaq və Vətəninə xidmət etmək arzusu ilə alışıb-yanan Vüsal Vətən torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinin ilk günlərdən ön cəbhədə savaşıb, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərib. Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Vüsal Həsənov 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Vüsal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Vüsal Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.