2021/09/08199-1632687989.jpg

line
Adı: Lətifov
Soyadı: Rəvan
Ata adı: Ömür
Doğum tarixi: 26.08.1991
Şəhid olub: 08.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açıb.

2008-ci ildə Xaçmaz kəndinə V.İbrahimov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsilin təşkili və idarə olunması ixtisasına daxil olmuşdur. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun "N" saylı hərbi hissəsində Tank əleyhinə batareyada hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Ə.Abdulhüseyn adına Şirvan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsində işləmişdir. Daha sonra Oğuz rayonu Sincan kənd tam orta məktəbində təşkilatçı müavin vəzifəsində çalışmışdır.

Rəvan Lətifov təvəzökar, ailəcanlı və vətənpərvər insan idi. 1990-cı ilin Qanlı Yanvar hadisələri, 1992-ci ilin fevralın 25-26-da baş verən Xocalı soyqırımı və ümumilikdə Birinci Qarabağ müharibəsində Azərbaycan xalqının yaşadığı faciələr onun milli ordu sıralarına qoşulmasına böyük təsir göstərmişdir.

Rəvan Lətifov 29 sentyabr 2020-ci ildə Milli Ordu sıralarına qoşulmuşdur. Bir ay ərzində Gəncə şəhərinin "N" saylı hərbi hissəsində təşkil edilən intensiv hərbi təlimlərdə iştirak etdikdən sonra Qarabağ uğrunda gedən aktiv hərbi əməliyyatlara qoşulmuşdur. 29 oktyabr tarixində tank əleyhinə batareyanın əsgəri vəzifəsində Füzuli rayonunun İkinci Mahmudlu kəndinin düşmən işğalından azad edilməsində iştirak edib. Şuşa uğrunda gedən qanlı döyüşlərdə 8 noyabr tarixində Rəvan Lətifov qəhrəmancasına şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. O, 15 noyabr tarixində Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

memorial.az