Söyxan İbrahimxəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsində savaşıb. Cəmi 3 gün müharibədə savaşsa da döyüş yoldaşlarında, eləcə də düşməndə unudulmaz izlər buraxıb. O, Sentyabrın 29-da döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ağdaş rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Söyxan İbrahimxəlilov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən Söyxan İbrahimxəlilov ölümündən sonra
“Cəsur döyüşçü” medalı llə təltif edilib.
Azərbaycanın Şuşa və Füzuli rayonunlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Söyxan İbrahimxəlilov ölümündən sonra
"Şuşanın azad olunmasına görə" və
"Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.