2021/04/Tehra-1619767625.jpg

line
Adı: Tehran
Soyadı: Cəfərov
Ata adı: Nadir
Doğum tarixi: 12.03.1992
Şəhid olub: 30.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Tehran Nadir oğlu Cəfərov 1992-ci il martın 12-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Tehran Cəfərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.



Vətən müharibəsi şəhidi, MAXE T.Cəfərov Füzuli istiqamətində həmlə taborunda tağım komandirinin müavini kimi döyüşüb. Sonuncu döyüşü Ağdərə uğrunda olub. Meşəlik ərazidə hücumda olan silahdaşlarının həyatına təhlükə yaradan düşmən tankını partladıb. Özü isə aldığı qəlpə yaralarından qəhrəmancasına şəhid olub. Biləsuvar rayonunda dəfn olunub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tehran Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tehran Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Tehran Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Həyat yoldaşı Gültəkin xanımla eyni gündə doğulan Tehran 8 il ad gününü onunla birgə keçirib. Şəhidimizin övladları 8 yaşlı Nahidə, 6 yaşlı Nadir, 5 yaşlı Senur bizə yadigar qalıb.