2021/04/12983-1619769034.jpg

line
Adı: Mustafayev
Soyadı: Əlizamin
Ata adı: Baxış
Doğum tarixi: 21.06.1999
Şəhid olub: 02.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Mustafayev Əlizamin Baxış oğlu 1999-cu il iyul ayının 06-daTərtər rayonu Bəyimsarov kəndində anadan olub.

Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Əlizamin Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Gülüstan, Ağ uçuq və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. 29.09.2020-ci il tarixində Ağuçuq istiqamətində gedən döyüşlərdə iştirak edib. 02.10.2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.



memorial.az