2021/04/Scree-1619785353.jpg

line
Soyad: Ağaquliyev
Ad: İlkin
Ata adı: Saməddin
Doğum tarixi: 04.10.2000
Şəhid olub: 17.10.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
İlkin Saməddin oğlu Ağaquliyev 4 oktyabr, 2000-ci ildə Dəvəçi şəhərində doğulub. Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbində alıb. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirib və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olub.

Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil alıb. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olub və rayon və zona yarışlarında fərqlənib.

İlkin Ağaquliyev 2018-ci il, oktyabrın 8-də hərbi xidmətə yollanıb. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vuraraq Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin canlı qüvvəsinin hücumunun qarşısını alıb və xeyli sayda hərbi qulluqçusunu məhv edib. Suqovuşan istiqamətində düşmən mövqeyinə hücum zamanı Şəhid olub.

18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İlkin Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, İlkin Ağaquliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.