2021/09/16139-1632441328.jpg

line
Adı: Əzizov
Soyadı: Sübhan
Ata adı: Məmməd
Doğum tarixi: 17.01.1999
Şəhid olub: 06.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı
Sübhan Məmməd oğlu Əzizov 1999-cu il yanvarın 17-də Salyan rayonunun Dayıкənd kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Arif Nağıyev adına kənd tam orta məktəbində təhsil alıb. Təhsil illərində dərs əlaçısı idi Sübhan. Bir sıra fəxri fərmanlarla təltif olunur. Hələ kiçik yaşlarında hərbi qayda-qanunlarını sevərək oxuyub, öyrənir.



Sübhan 2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşüb. Ağcabədi və Beyləqan rayonlarında yerləşən N saylı hərbi hissələrdə xidmət edib. Xidmətdə olarkən PPK silahdan istifadə qaydalarına mükəmməl yiyələnib. 6 aydan sonra artıq öz əsgərləri olub və onlara təlimlər keçib. Xidmət illərində Vətəninə layiqli, vətənpərvər övlad böyütdükləri üçün Əzizovlar ailəsinə Sübhanın xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfəndən təşəkkürnamə gəlib.



Sübhan 2018-ci ilin iyul ayında hərbi xidmətdən qayıdır. Tikinti şirkətlərinin birində usta köməkçisi kimi əmək fəaliyyətinə başlayır və əmək fəaliyyətini Bakı şəhərində davam etdirir. Eyni zamanda gecə-gündüz hazırlaşıb sənədlərini Azərbaycan Dövlət Dəmir Yolu liseyinin verib. “Stansiya növbətçisi” fakültəsinə qəbul olsa da cəmi 1 ay tələbə həyatı yaşayır...



Vətənin çətin günündə qismən səbərbərlik elan olunandan Sübhan könüllü ərizə yazılaraq sentyabrın 30-da Goran rayonuna yola düşüb və hərbi təlimlərdə döyüş yolunu öyrənərək döyüşlərə qatılıb. Cəsur döyüşçü Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.



Noyabrın 6-da Şuşa uğrunda gedən çətin və ağır döyüşlərdə Sübhan da daxil olmaqla içində 30 nəfər olan maşın Şuşaya qalxarkən mənfur düşmənlərimiz tərəfindən vurulub, maşında olan 30 nəfərdən xeyli əsgər yaralanıb, 5 nəfər şəhidlik zirvəsinə ucalıb. Şəhidlik zirvəsinə ucalan şəhidlərin sırasında Sübhan Əzizovla birlikdə həmkəndlisi İsmayılov Raqil də olub.Sübhan və Raqil ikisi birlikdə eyni gündə cəbhəyə yola düşüb, eyni gündə, eyni anda da şəhadətə qovuşublar...



7 noyabr yüzlərlə kənd sakinin, icra hakimiyyətinin, dostlarının, yaxınlarının ailə üzvülərinin müşayəti ilə böyüyüb boya-başa çatdığı Dayıkənd el qəbirsanlığında böyük hörmətlə uğrunda canını fəda verdiyi torpağa tapşırılıb Sübhan.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əzizov ölümündən sonra "Vətən uğrunda" "Cəsur döyüşçü" medalları ilə təltif edilib.



Firuzə ana oğlu barədə danışır:

"Arzularım Sübhanın arzularıyla getdi... Sübhan ilk övladım idi. Qardaşları Röyalın, İsmayılın arxa, dayağı, çox vətənpər, cəsur, qorxmaz oğlanıydı. Son zəng tədbirini özü təşkil etdi. Bir təşəbbüs sürdü irəli hamı hərbi forma geyinib məzun gününü qarşılayacayıq. Müəllimlərinin sinif yoldaşlarının sevimlisi idi. Ailə sevgisini Vətən sevgisi ilə əvəz etdi Sübhan balam. Hərbi qaydaları oxuyub öyrənməkdən heç yorulmazdı, sonunuda hərbi ilə bağladı. Qardaşının xeyir işi idi, bir ağsaqqal kişi kimi qabağa düşərək onun bütün işlərini özü gördü".



Şəhid anas sözünə davam edir:

"Həmişə deyirdi ki, “Mənim toyum olmayacaq, mən şəhid olacağam!”, bu cümləni telefonuna da yazmışdı. Sübhanla axrıncı dəfə noyabrın 5-də danışdıq dedi ki, “Hər şey yaxşı olacaq, siz salamat olun. Burada elə oğlanlar var ki, evdə körpəsi yolunu gözləyir, tək istəyimiz Vətənin, torpaqların düşməndən azad olunmasıdır”. Raqillə bir gündə getdilər, eyni taleyi yaşadılar yazıq balalarımız. Deyirlər “Şəhidlər ölmür!” bu belədir. O daima bizim ailənin içindədir, hər dəqiqə onu hiss edirəm. Darvazamızın yanından keçən yolda maşın saxladıqca elə bilirəm ki, Sübhan gəlir..."



Sübhan Əzizovun sinif rəhbəri Rəhimova Gülnarə üçün övladı qədər sevdiyi Sübhandan çətin də olsa danışır:

"Ağıllı, sakit, təbiətli, şən, zarafatcıl bir oğlan idi Sübhan. Çox gözəl rəqs etməyi vardı. Böyüməkdə olan nəsil çox vətənpərvər ruhda, ailəyə, torpağa bağlı böyüyürlər. Son zəngdə sinif şagirdləri və məktəbin bir neçə müəllimi Masallı rayonuna gəzməyə getmişdilər. Geri dönəndə Milli Qəhrəmanımız, qürurumuz Mübariz İbrahimovun ev muzeyini ziyarət ediblər və Sübhan burada deyib ki, “Mən də Mübariz olacağam!”...