2021/04/seyid-1619791636.jpg

line
Adı: Seyidzadə
Soyadı: Mirhüseyn
Ata adı: Miryunis
Doğum tarixi: 11.02.1991
Şəhid olub: 09.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Seyidzadə Mirhüseyin Miryunis oğlu 1991-ci il fevralın 11-də qədim Gəncədə anadan olub. Uşaqlıqdan Vətənə, torpağa bağlılığı Mirhüseyn Seyidzadənin hərbçi olmaq seçimini müəyyənləşdirib.

3 il müddətdən artıq hərbi xidmət keçən Mirhüseyn Vətən müharibəsi dövründə yoldaşları ilə birgə 14 gün müddətində düşmənə ağır zərbələr endirib.

Fizuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə misilsiz xidmətlər göstərib.
Mirhüseyn Seyidzadə Vətən müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Seyidzadə Mirhüseyin Miryunis oğlu ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Cəbrayılın azad olunmasına gör", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.