2021/04/downl-1619794090.jpg

line
Adı: İbrahimov
Soyadı: İmaməli
Ata adı: Elman
Doğum tarixi: 17.01.1995
Şəhid olub: 09.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də İmaməli İbrahimovdur. İmaməli Elman oğlu İbrahimov 17 yanvar 1995-ci ildə Lerik rayonu Hovil kəndində anadan olub.

İmaməli müharibə zamanı tuşlayıcı - operator kimi hərbi xidmətini yerinə yetirib. Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətlərində əməliyyatlarda iştirak edib. İmaməli 9 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində gedən döyüşlərdə düşmən diversiya qrupunu məhv edərkən şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə İmaməli Elman oğlu İbrahimov "Vətənə xidmətə görə" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.