2021/04/16136-1619807169.jpg

line
Adı: İsgəndərov
Soyadı: Bəhruz
Ata adı: Abbas
Doğum tarixi: 29.11.1986
Şəhid olub: 29.10.2020
Rütbəsi: kiçik çavuş
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Bəhruz Abbas oğlu İsgəndərov 1986-cı il noyabrın 29-da Gəncə şəhərində anadan olub. 2002-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib, təhsilini Bakı Texniki Kollecində davam etdirərək “Avtomobil və maşınqayırma” ixtisasına yiyələnib. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib. 2015-ci ildən MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. 2015-2020-ci illərdə Azərbaycan Sülhməramlı Qüvvələrinin tərkibində Əfqanıstanda xidmət edib. Bəhruz İsgəndərov ailəli idi. Bir övladı yadigar qalıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Bəhruz İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz İsgəndərov oktyabrın 29-da Laçın döyüşləri zamanı şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İsgəndərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İsgəndərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İsgəndərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İsgəndərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.