2021/04/samil-1619812222.jpg

line
Adı: Nəcəfov
Soyadı: Şamil
Ata adı: Rəfi
Doğum tarixi: 04.02.1997
Şəhid olub: 01.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Kəlbəcərin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Vətən müharibəsinin qəhrəman şahidlərindən və şəhadətə yüksələnlərdən biri də əsgər Şamil Nəcəfovdur. Şamil bakalavr və magistr təhsilini başa vuraraq hərbi xidmətə gedib. Müharibənin ilk günündə döyüşlərə qatılan igidimiz riyaziyyatı yaxşı bildiyinə görə, artileriyya bölməsinə seçilib. Şamil Murov istiqamətindəki qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Uşaqlıqdan Qarabağın işğalı ilə, ermənilərin xocalıda törətdiyi qətliamla heç cür barışa bilmirdi şəhid əsgər Şamil Nəcəfov. İntiqam hissi ilə böyüyən Şamilin ən böyük arzusu hərbçi olmaq və erməni vandalizmi nəticəsində qətlə yetirilən həmyerlilərimizin qisasını almaq idi. Şamilin qisas almaq arzusu vətən müharibəsi başlayanda reallaşır. Kəlbəcər istiqamətində döyüşlərə qatılaraq, düşmən mövqelərini və canlı qüvvələrini verdiyi dəqiq koordinatlarla darmadağın edir.

Anası deyir ki, oğlunun döyüşlərdə iştirak etməsindən xəbərsiz olub. Çünkü Şamil döyüşlərə qatıldığını onlardan gizlədirmiş. Müharibənin ilk günlərində düşmənə qan udduran Şamil Nəcəfov oktabr ayının 1-də qəhrəmancasına şəhid olub.

Əslən Yardımlı rayonundan olan və hazırda Saray qəsəbəsində yaşayan Nəcəfovlar ailəsinin iki oğul övladı var. Şəhid əsgər Şamilin vətənpərvər olması əslində təsadüf deyil. Çünkü onun atası da birinci qarabağ müharibəsində iştirak edib. Atası deyir ki, oğlu məktəbi yüksək qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Elmə olduqca böyük marağı olan Şamil riyaziyyatı da yüksək səviyyədə bilirmiş. Buna görə də, onu artileriya bölməsinə cəlb ediblər.

Şəhidimiz "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medaları ilə təltif olunmuşdur.

Bu gün vətən torpaqları Şamil və Şamil kimi igidlərin qəhrəmanlıqlarına görə azaddır. Biz bu azadlığı şəhidlərimizin ruhuna borcluyuq. Allah rəhmət eləsin!



memorial.az