2021/06/12581-1622727301.jpg

line
Soyad: Məmmədov
Ad: Sadiq
Ata adı: Mübariz
Doğum tarixi: 15.08.1991
Şəhid olub: 04.10.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Siyəzənin mərd və vətənpərvər oğlu Sadiq Mübariz oğlu Məmmədov 1991-ci ilin avqust ayının 15-də Siyəzən şəhərində anadan olub.

2009-ci ildə şəhər 2 saylı tam orta məktəbi bitirib. 2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra müxtəlif yerlərdə çalışıb. 2020-ci ilin aprel ayında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.

Vətən Müharibəsindəki döyüş yolu 7 gün çəkən Sadiq Məmmədov oktyabrın 4-də Murovdağ bölgəsində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Sadiq 8 yaralı əsgər yoldaşını döyüş zonasından çıxararaq həyatını xilas edib.

Ailəli idi. Sadiq qardaşımızdan bizə 2 qız övladı əmanət qaldı. Şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Sadiq ölümündən sonra "Vətən uğrunda" "Hərbi xidmətlərə görə" medalları ilə (ölümündən sonra) təltif olunub.