2021/09/16197-4897013190.jpg

line
Adı: Əliyev
Soyadı: Kərim
Ata adı: Qeyrətxan
Doğum tarixi: 01.01.2000
Şəhid olub: 04.11.2020
Rütbəsi: Hərbi vəzifəli əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Kərim Əliyevdir. Kərim Qeyrətxan oğlu Əliyev 2000-ci il yanvarın 1-də Xızı rayonunun Fındığan kəndində anadan olub. Atası Qeyrətxan kişi I Qarabağ müharibəsinin iştirakçısı olub. Atasının Qarabağ haqda söhbətləri, xatirələri Kərimdə Vətən sevgisinin təməlni qoyub. O, hərbi xidmətini başa vurduqdan sonra təcrübəli snayper kimi Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına yazılıb. Ailənin tək oğlu, dörd bacının bir qardaşı idi.

Kərim müharibədə torpaqlarımızın işğaldan azad edilməsində igidlik göstərərək Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Talış kəndini düşmən tapdağından xilas etdikdən sonra atasına zəng edib və "Ata, sən ala bilmədiyin kəndi mən aldım" deyib. Hər zəfər sevincini atasıyla bölüşüb.



Qeyrətxan kişinin qeyrətli oğlu atası ilə son danışığında hər an, hər şeyə hazır olmaqlarını tapşırıb və halallıq alıb:

“Ata, narahat olma, mən sənin əsərinəm, sənin döyüş yolunla gedirəm, sənin düşmənə qarşı gözlərindəki nifrətlə, ürəyimdə Vətənə olan sevginlə, qollarımda isə sənin qüvvətinlə düşmənin üzərinə gedirəm. Şəhid olsam üzülmə. Evi təmir elə və tabutumu qarşılamağa hazırlaş"...

"Şəhid olsam dərd çəkməyin, fəxr edin!" deyən igid Kərim 4 noyabrda Şuşa yaxınlığındakı Qırmızıbazar ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.



Prezident İlham Əliyevin Sərəncamlarına uyğun olaraq, Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.



Şəhidin əziz xatirəsi doğulduğu Xızı rayonunda əbədiləşdirilb, adına bulaq inşa edilib. Açılış mərasimində şəhidin doğmaları, döyüşçü yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.