2021/09/Etiba-3264781244.jpg

line
Adı: Şirinov
Soyadı: Etibar
Ata adı: Fazil
Doğum tarixi: 27.08.1993
Şəhid olub: 09.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Zəngilanın azad olunmasına görə» medalı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kəşfiyyatçısı, Vətən müharibəsi şəhidi Etibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində anada olub. Doğulduğu kənddə orta məktəbi bitirib. Bundan əlavə Dini Hafizlik təhsili almışdır.

Etibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olub. Atası Şirinov Fazil də Birinci Qarabağ Müharibəsinin qazisidir. Etibar Vətən Müharibəsi başlayanda könüllü olaraq Ordu sıralarına yazılıb. Zəngilan ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və yenidən döyüşlərə qatılır. Hadrut Füzuli, Cəbrayıl və Zəngilan uğrunda döyüşlərdə qəhramancasına iştirak edir. Etibar 9 noyabr 2020-ci ildə Zəngilan ərazisində azad olunmuş kəndlərin birində öz döyüşçü yoldaşları ilə nəzarət işini təşkil edərkən, orada gizlənmiş mənfur düşmənin gülləsinə tuş gəlib.

Anası Əfruz Şirinova oğlunun Polad Həşimovun vəfatından kədərləndiyini və Orduya könüllü yazıldığını deyib:
"Sentyabrın 28-də çağırış gəldi və səhəri gün sevinərək getdi. Sağollaşanda bir ovuc torpaq istədi, deyib ki, "şəhid olarsam üstümdə öz torpağımız olsun". Balaca bayrağı var idi və Şuşada sancacağını deyirdi. Atasına "biz Azərbaycana yeni tarix yazacayıq, bizi kitablkardan oxuyacaqsınız" deyirdi. Məni də hər dəfə danışanda təsəlli edirdi. Deyirdi ki, "narahat olma, şəhid olaram. Şəhidlik hər oğula qismət olmur"".

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.









memorial.az