2021/05/image-3239903678.jpg

line
Adı: Sabir
Soyadı: Hüseynov
Ata adı: Elşən
Doğum tarixi: 14.12.1999
Şəhid olub: 27.10.2020
Rütbəsi: Hərbi vəzifəli əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Zəngilanın azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Sabir Hüseynovdur.

Sabir Elşən oğlu Hüseynov 14 dekabr 1999-cu ildə Siyəzən rayonunun Yenikənd kəndində anadan olub. 1 bacı və 1 qardaş olmaqla ailədə 4 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2017-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Orta təhsilini başa vurduqdan, 2017-ci ilin yanvar ayında Siyəzən rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Sabir Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidmətini nöqsansız başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdıb. Özünə polis olmağı arzulayan Sabir sənədlərini yığırdı ki, arzusuna çatsın.

27 sentyabr 2020-ci ildən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində iştirak etmək istəyən Sabir müharibənin ilk günündə -27 -də Siyəzən rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və döyüşə yollanır. Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən ağır döyüşlırdı iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Buna baxmayaraq, qəhrəman Sabir daha sonra Qubadlı uğrunda gedən ağır döyüşlərdə də iştirak edir. Düşmənə sinə gərərək adını qızıl hərflərlə tarixə yazır.



Qəhrəman Sabir oktyabr ayının 27-də Qubadlı istiqamətində gedən şiddətli döyüş zamanı öz həyatını təhlükəyə ataraq mühasirədə qalan əsgər yoldaşlarını maşınla çıxartmağa çalışır və düşmən gülləsinə tuş gələrək şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Siyəzən rayonunun Yenikənd kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla dəfn edilir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Hüseynov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.