2021/09/image-1632252679.jpg

line
Adı: Osmanov
Soyadı: Əyyub
Ata adı: Azər
Doğum tarixi: 15.10.1995
Şəhid olub: 03.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Osmanov Əyyub Azər oğlu 15 oktyabr 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olub. 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbin 1-ci sinifinə gedib. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib.

2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanıb. 2018-ci il iyul ayında ordudan təxris olunub və Ağdaş rayonunda "Azərİşıq" Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb.

2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. Sentyabrın 29-da vətənin müdafiəsinə yollanan Ə.Osmanov Qubadlı şəhəri uğrunda olan döyüşlərdə qəhrəmanlıq göstərib.

Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən qəhrəman əməkdaşımızın nəşi sonradan tapılaraq, dekabrın 16-da ailəsinə təhvil verilib.

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.