2021/05/Nurha-1619972406.jpg

line
Adı: Abbasov
Soyadı: Nurhan
Ata adı: Ələstun
Doğum tarixi: 17.06.1991
Şəhid olub: 08.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
Nurhan Ələstun oğlu Abbasov 17 iyun 1991-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Orta təhsilini Konstantin Uşinski adına 9 nömrəli tam orta məktəbdə alıb, 77 nömrəli peşə məktəbində davam etdirib. Sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirib.

Nurhan 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra hərbi təlimlərə cəlb edilir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində bir çox hərbi əməliyyatlarda iştirak edib. 8 noyabrda Şuşa döyüşləri zamanı əsgər Abbasov Xankəndidə yaralı döyüşçüləri savaş meydanından çıxararkən şəhid olub.

Ailəsi yaxın zamanda ona toy etməyə hazırlaşırdı. Buna görə də anası gənc şəhidimizi son mənzilə musiqi ilə yola salır...



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurhan Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Həmçinin ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurhan Abbasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra " Şuşanın azad olunmasına görə " medalı ilə də təltif edilib.